Yuxarı

“Ştaynmayer formulu” nədir, Qarabağa tətbiq oluna bilərmi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ştaynmayer formulu” nədir, Qarabağa tətbiq oluna bilərmi?

Ukrayna istəyir ki, Rusiya ilə olan sərhədinin tamamına nəzarət etsin, amma bu, tez həll olunacaq məsələ deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu “Ştaynmayer formulu” haqqında danışarkən deyib. O bildirib ki, formulun əsas mahiyyəti Donbas bölgəsinə böyük hüquqlar verilməsi və qarşılığında azad seçkilər keçirməkdir:

“Düşünürəm ki, bu formul həyata keçdikdən sonra sülh prosesi işə düşəcək. Amma burada açıq qalan, tam aydın olmayan məqamlar var. Məsələn, biz Dağlıq Qarabağa geniş muxtariyyət vəd edirik, bir şərtlə ki, azərbaycanlılar işğal edilmiş torpaqlara geri dönsünlər və Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. Ancaq “Ştaynmayer formulu”nda bunlar yoxdur. Donbası əhali öz xoşu ilə tərk edib, orda etnik təmizləmə baş verməyib. Həmçinin, Dağlıq Qarabağ separatçılarından fərqli olaraq, Donbas separatçıları ancaq özləri olan əraziləri təmizləyiblər, başqa əraziləri işğal etməyiblər. Bütün hallarda “Ştaynmayer formulu”na görə Donbasa Ukrayna tərkibində böyük hüquqlar veriləcəksə, yerli idarəetmə, yerli parlament olacaqsa, bu, Ukrayna konstitusiyası və qanunvericiliyinə uyğun şəkildə keçiriləcək. Yəni bu, Kiyevin əsas şərtlərindən biridir”.

Politoloq bildirib ki, “Ştaynmayer formulu” mövcud qüsurlarına rəğmən münaqişənin mərhələli həllini diktə edir, deməli, vacib əlavələrlə bu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də məqbul sayıla bilər:

“Donbas probleminin çözümü Dağlıq Qarabağ probleminin çözümü kimi Minsk adı ilə bağlıdır. Digər tərəfdən, Donbas münaqişəsinin həlli ilə məşğul olan 4 ölkədən ikisi – Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul olan Minsk Qrupunun həmsədrləridir. Bu mənada başqa bir ölkədə münaqişənin həlli ilə məşğul olan bu iki ölkə hazırladıqları prinsipləri Dağlıq Qarabağ üçün də tətbiq edə bilərlər.

Xüsusilə, Azərbaycan üçün “Ştaynmayer formulu”nun ilk iki bəndi Dağlıq Qarabağa aid olmayan bölgələrin boşaldılması və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olmalıdır. Bundan sonra “Ştaynmayer formulu”na uyğun olaraq bölgədə ermənilərin və azərbaycanlıların iştirakı ilə yerli orqanlara seçkilər keçirilməli və bölgənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusu müəyyənləşməlidir. “Ştaynmayer formulu”nda separatçıların nəzarət etdikləri ərazidə bölgənin statusunu müəyyən edən referendumun keçirilməsi nəzərdə tutulmayıb. Bölgəyə Kiyevin razılığı ilə xüsusi status verilir. Formulun bu bəndi bizim üçün də yararlıdır.

Beləliklə, “Ştaynmayer formulu” mövcud qüsurlarına rəğmən münaqişənin mərhələli həllini diktə edir, deməli, vacib əlavələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də məqbul sayıla bilər. Ancaq buna qədər hələ izləməliyik ki, bu formul Ukraynada necə işləyəcək, Ukraynaya sülh gətirəcəkmi? Əgər bu formulun müsbət nəticələri olarsa, bundan sonra eyni formulun əlavələrlə Dağlıq Qarabağ üçün də tətbiqindən danışıla bilər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski “Ştaynmayer formulu”na razılıq verib, ölkənin müxtəlif ərazilərində isə bunu torpaqların satılması kimi qiymətləndirənlər etiraz aksiyaları keçirir.

Tarix
2019.10.03 / 16:22
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla