Yuxarı

Vəkilovlar nəslinin təmsilçisi də deputatlığa namizəd oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış hüquqşünas Səməd Vəkilov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə namizəd kimi qatılmağa qərar verib.

Bu barədə Axar.az-a məlumat verən Səməd Vəkilov 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürdüyünü qeyd edib. O, bu gün sənədlərini DSK-ya təqdim edib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Səməd Vəkilov ali təhsilli hüquqşünasdır. Döyüş bölgəsində, Füzuli-Cəbrayıl istiqamətində (Lələtəpə) həqiqi hərbi xidmət (1998/1999-cu illərdə) keçib.

Hərbi xidmət zamanı hərbi hissənin döyüş fəalları siyahısına daxil edilərək dəfələrlə komandanlıq tərəfindən təşəkkürlərə layiq görülüb.

Qeyri-maddi mədəni irsin hüquqi qorunmasına dair 5-dən artıq elmi və çox sayda publisitik məqalənin müəllifidir.

İnsan hüquqları və məhkəmələrin monitorinqi sahəsində bir çox layihələrin iştirakçısı və rəhbəri olub.

S.Vəkilov Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzində şöbə müdiri, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində icraçı direktor, AMEA Folklor İnstitunda və Prezident yanında KİV DF-də hüquq müşaviri vəzifəsində çalışıb. 2008-ci ildən Müvəkkil Hüquq Mərkəzinin sədri, Vaqif Səmədoğlu Mərkəzinin təsisçisidir (2019).

Səməd Vəkilov məşhur Vəkilovlar nəslinin nümayəndəsidir.

Tarix
2019.12.25 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla