Yuxarı

Zülfüqarov İrəvanın “PKK planı”nı ifşa etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqarov İrəvanın “PKK planı”nı ifşa etdi

Bu gün Ermənistan elə bir vəziyyətdə deyil ki, PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirib onların xərclərini ödəsin. Həmçinin PKK-da elə bir güc yoxdur ki, Ermənistanın işğalçılıq niyyətləri üçün Azərbaycana qarşı vuruşsun.

Bu sözləri Axar.az-a sabiq xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov son günlər Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu kimi iddiaları Ermənistan təbliğat maşını qəsdən, panika yaratmaq məqsədilə irəli sürür:

“Bu kimi məlumatların yayılmasının səbəbi Azərbaycan ictimaiyyətində panika yaratmaqdır. Mən bu kimi xəbərlərə ciddi yanaşmıram. Bu gün Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi mümkün deyil.

Birincisi, Şimali İraqda bir yox, bir neçə kürd təşkilatı var. Onların bir çoxu Türkiyə ilə mövcud probemləri həll edib. Hətta bir çoxu rəsmi Ankara ilə əməkdaşlıq edir.

İkincisi, Türkiyə ölkə daxilində, Suriyada, İraqda PKK terrorçularına qarşı apardığı antiterror əməliyyatları ilə bu təşkilata çox böyük zərbə endirib. Yəni hazırda PKK elə bir gücdə deyil ki, Ermənistana da hər hansı bir faydası olsun.

Üçüncüsü, nəinki PKK, ağlı başında olan heç bir kəs işğal altında olan Dağlıq Qarabağa köçüb, burada özünü real təhlükə ilə üz-üzə qoymaz.

Bu mənada belə xəbərlərə inanmaq lazım deyil. Ermənistan bu yolla siyasi bir illüziya yaradaraq, başda Azərbaycan ictimaiyyəti olmaqla, hər kəsə özünü “qüdrətli ölkə” kimi göstərməyə çalışır”.

Tarix
2020.09.18 / 13:57
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla