Yuxarı

Ərdoğan: Putinə dedim ki, Qarabağda qırmızı xətt...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan: Putinə dedim ki, Qarabağda qırmızı xətt...

Vladimir Putinlə Qarabağla bağlı danışanda qırmızı xətt barədə də dedim.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Putinə məsələnin birlikdə həlli üçün təkliflər səsləndirib:

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən 30 il ötməsinə baxmayaraq, Minsk üçlüsü problemi həll etmədi. Hər iclasda oturdular, danışdılar, getdilər. Ermənistan yenə hücum etdi və Azərbaycan əks-hücuma keçdi, proses davam edir. Liderlə bu məsələni danışırıq. Sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putinlə ətraflı danışdım. Putinə dedim ki, istəsəniz, gəlin, Qafqazdakı münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də İlham qardaşımızla danışım. Nümayəndələrinizi, XİN rəhbərlərinizi göndərin, qərar verməliyik: bu işi həll edirik, ya yox. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Gözəl danışıq oldu. Təbii ki, qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”.

Tarix
2020.10.28 / 15:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla