Yuxarı

Biz təkcə özümüzü işğaldan azad etməmişik...- Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz təkcə özümüzü işğaldan azad etməmişik...- Prezident

Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlət başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb.

“XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq bizim canımıza bax bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Onun da adını cəllad Stepan Şaumyanın adına verdilər. Stepanakert adlandırdılar. Ondan sonra da zərbələr oldu. 40-cı, 50-ci illərdə Ermənistan ərazisindən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 80-ci illərin sonlarında erməni separatizmin baş qaldırılması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi, əksinə, separatistləri təhrik edirdilər. Onların havadarları bizə meydan oxuyurdular”, - Prezident bildirib.

Tarix
2021.08.26 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla