Yuxarı

Əliyev: Bu səfər gələcək illər üçün gözəl zəmin olacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev: Bu səfər gələcək illər üçün gözəl zəmin olacaq

Ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır.

Axar.az xəbər verir ki, bu barədə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.

İki ölkə arasında əldə olunan razılaşmaları yenilik və əlaqələrimizdə bu sahə ilə bağlı atılan ən mühüm addımlardan biri kimi dəyərləndirən dövlətimizin başçısı deyib ki, bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

“Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq”, - Prezident İlham Əliyev əlavə edib.

Tarix
2022.01.14 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla