Yuxarı

Azərbaycan-Qazaxıstan sənədləri imzalandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:37

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar.

“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzaladılar.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzaladılar.

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzaladılar.

Tarix
2023.04.10 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrandan gözlənilməz Zəngəzur açıqlaması: İrəvan bilər…

NATO tarixində ilk: Bu ölkəni açıq təhdid etdi!

Bakı savaşa başlasa, İran İrəvana yardım edəcək? – Səfirin şok cavabı

Azərbaycanın heç bir torpağı işğalda deyil - İran səfiri

Pezişkian Paşinyanla söhbətində açıq dedi ki… - Sübhani

Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümüdür

Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi - Foto

871-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

MDB PA müşahidəçiləri parlament seçkisini izləyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla