Yuxarı

Mirzoyanla sərhəddə görüşə bilərik - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyanla sərhəddə görüşə bilərik - Bayramov

Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının artıq sərhəddə iki görüşü olub:

“Prinsip etibarilə hər hansı bir həssalıq yaratmamaq şərti ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və nümayəndə heyətləri də dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimzdən səslənib. Vaxt uyğun olduğu zaman belə bir görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi perspektivinə gəldikdə isə, niyə də yox. Düşünürəm ki, gec-tez bunu da görəcəyik”.

C.Bayramov bildirib ki, həssas mövzular müzakirə olunan zaman Ermənistan-Azərbaycan konteksində məsələnin tarixinə baxılır:

“Belə olan məqamda burada nəticə əldə etmək çətindir, ancaq prosesə zərbə vurmaq xeyli asandır. Ona görə də bu kontekstdə mənfi ritorika ziyanlıdır. Düşünürəm ki, Ermənistan tərəfi də ən azından sözdə ifadə etdikləri müsbət inkişafa nail olmaq istəyirlərsə, buna nəzarət etməlidirlər. Ritorika ilə yanaşı qeyri-ardıcıllıq da məsələyə böyük ziyan vurur. Biz təəssüf ki, tez-tez mövqenin dəyişməsinin şahidi oluruq. Ancaq bir xətt olmalıdır. Lakin az da olsa, son zamanlar nikbin mesajlar eşidilir, güman edək ki, bu davam edəcək”.

“Ermənistan tərəfindən göndərilən təkliflər və bizim cavablarımız barədə detalları açıqlamağı ziyanlı hesab edirəm. Ona görə açıqlamaq istəmirəm”, - nazir bildirib.

O söyləyib ki, tərəflər arasında fikir ayrılığı mövcuddur:

"Amma ciddi fikir ayrılıqları olan maddələrin sayında azalma var. Bunu Ermənistandan aldığımız son təkliflər paketi də göstərir. Sülhə nə qədər yaxın olduğumuzu demək çətindir. Sülh üçün ciddi siyasi iradə olsa, bu qısa müddətdə əldə oluna bilər. Əks halda isə proses uzana-uzana davam edəcək”.

Tarix
2023.12.28 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla