Yuxarı

Prezident ədliyyə nazirinə yeni vəzifə verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident ədliyyə nazirinə yeni vəzifə verdi

Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Sərəncamla məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra – Şura) yaradılır:

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

Şura aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- müvafiq sahənin inkişaf konsepsiyasının layihəsinə dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasının, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi və bu kimi digər məqsədlərə nail olunması üçün vahid informasiya sisteminin yaradılmasına dair təkliflərini;

- müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyət dairəsinin genişləndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- ayrı-ayrı ekspertiza növləri üzrə vahid standartların müəyyən olunmasına dair təkliflərini;

- müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;

- özəl ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərini;

- normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini;

Şura fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etməli, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyyətinə cəlb etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuranın təklifləri əsasında müvafiq sahənin inkişafı və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmini üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Tarix
2024.08.07 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla