Yuxarı

Xankəndidə ermənilərin seçkilərdə iştirakı… - MSK sədri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə ermənilərin seçkilərdə iştirakı… - MSK sədri

Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

Sədr Xankəndi şəhərində də seçki məntəqəsi yaradıldığını bildirib:

“Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 55 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”.

Tarix
2024.08.08 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla