Yuxarı

Azərbaycana bunu təklif etdik - Paşinyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana bunu təklif etdik - Paşinyan

Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlıdır.

Axar.az Report-a istinadla xəbər verir nki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİKS+” formatının genişləndirilmiş iclasında bildirib.

"Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, Şərq-Qərb istiqamətidir", - o bildirib.

N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar:

"Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif etdik".

Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.

Tarix
2024.10.24 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla