Yuxarı

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Klaudio Şermi ilə görüşdü

12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşüb.

Axar.az xəbər verir ki, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Azərbaycan paytaxtının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyib və bu gün Bakıda COP29 ilə əlaqədar keçiriləcək avarçəkmə yürüşünün yüksək səviyyədə təşkil edildiyini və bunun üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qonaqların bu tədbirdə iştiraklarına görə minnətdarlığını bildirib.

Bu tədbirin ən yüksək səviyyədə təşkil edildiyini deyən Tomas Konietzko burada iştirakçıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Prezident İlham Əliyev COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirildiyini qeyd edib.

Qonaq Qarabağa, Suqovuşana səfər etdiklərini məmnunluqla deyərək, orada görülən bərpa-yenidənqurma işlərinin, idmanın inkişafının, o cümlədən avarçəkmə üçün yaradılan şəraitin çox böyük təəssürat bağışladığını deyib. O, ölkəmizdə kanoe idman növü üçün də yaxşı şəraitin yaradıldığını vurğuladı və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycanın idmanın, o cümlədən idmanın avarçəkmə növünün inkişafında böyük rol oynadığını deyən qonaq bunun da ətraf mühitin qorunmasına töhfə verdiyini bildirib.

Qonaqlar dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.

Tarix
2024.11.17 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla