Yuxarı

Əsəd çökdü, Ermənistan isterikada: Növbəti bizik – Bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd çökdü, Ermənistan isterikada: Növbəti bizik – Bəyanat

Suriya bizim üçün Türkiyə və Qərbin təhrik etdiyi “terrorçulara” az-çox müqavimət göstərən dost dövlət idi. İndi Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır.

Axar.az xəbər verir ki, bu sözlər Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında əks olunub.

Bir çox erməni politoloq kimi, "pan-ermənilər" də Bəşər Əsəd rejiminin süqutundan əndişələndiklərini gizlətməyiblər:

“Yüz minlərlə muzdlu islamçı terrorçu bu gün boş qalıb və əminəm ki, Türkiyə və bəzi Qərb dövlətləri bundan bütün qaynar nöqtələrdə mütləq öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar.

Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq. Türkiyə Böyük Millət Məclisinin Bakıya səfər gedən Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtayın bəyanatı da nəzərə alınmaqla, qarşıdan gələn təhdidlərə və onlardan irəli gələn hadisələrə qarşı mümkün qədər hazır olmaq üçün addımlar atmalıyıq. O bildirib ki, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur”.

Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. Bəşər Əsədin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Bu amilin İranı öz sərhədləri daxilinə çəkəcəyindən narahat olan erməni politoloq və siyasətçilər əsas dayaqlarından – Tehranın himayəsindən məhrum olacaqlarını düşünürlər.

Tarix
2024.12.08 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla