Yuxarı

Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan

Nikol Paşinyan ABŞ-a səfəri ərzində Vaşinqtonun İrəvanla bağlı siyasətinin necə olacağı sualına cavab ala bilmədi.

Axar.az xəbər verir ki, bu sözləri “Sputnik Ermənistan”a açıqlamasında politoloq, Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sərkisyan Ermənistan Baş naziri Paşinyanın Amerikaya təxminən 7 günlük səfərini şərh edərkən deyib.

Sərkisyanın fikrincə, Ağ Evdə yeni komandanı və yanvarda imzalanmış strateji əməkdaşlıq sənədini nəzərə alsaq, Ermənistanın informasiya və siyasi mühitində müəyyən müsbət gözləntilər ola bilərdi:

“Lakin rəsmi şəxslərdən yalnız vitse-prezident Vens Paşinyanla görüşüb. ABŞ-da vitse-prezident institutu siyasi iyerarxiyada o qədər də nüfuzlu deyil, xarici siyasət məsələlərində onun preroqativləri yoxdur. Görüşün özü də çox güman ki, 5-7 dəqiqə davam edib və sırf tanışlıq xarakterli olub. Açığı, belə bir görüşdə ciddi geosiyasi məsələlər müzakirə oluna bilməzdi.

Ermənistanın baş naziri qərar qəbul edən heç bir şəxslə görüşməyib. O, nə prezident Trampla, nə dövlət katibi Rubio ilə, nə müdafiə naziri ilə, nə də prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşüb. Yalnız bunlar ABŞ-ın xarici siyasətinin nədən ibarət olacağını müəyyənləşdirən rəsmilərdir. Ona görə də Paşinyan üçün ABŞ-ın Ermənistan siyasətinin necə olacağı sualı açıq qalır.

Vaşinqtondakı yeni administrasiyanın Bayden dövründə Ermənistan hakimiyyətinə verilən eyni siyasi dəstəyi davam etdirib-etdirməyəcəyi bəlli deyil”.

Qeyd edək ki, Paşinyan arvadı ilə birgə 1 fevralda ABŞ-a yola düşüb. Paşinyan Vaşinqtonda keçirilən Beynəlxalq Dini Azadlıq Sammitində və Milli Namaz Səhər yeməyində iştirak edib, həmçinin ABŞ səfirliyində erməni icması ilə görüşüb, Atlantik Şurada çıxış edib. Geri qayıtmazdan bir gün əvvəl isə onu vitse-prezident Ceyms Devid Vens qəbul etdi.

Tarix
2025.02.08 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla