Yuxarı

Rusiya Tiflisi “qaytardı”, İrəvanda “çalışır”: Bəs Bakı? - ABŞ

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Tiflisi “qaytardı”, İrəvanda “çalışır”: Bəs Bakı? - ABŞ

ABŞ Müdafiə Kəşfiyyat İdarəsi son illər Rusiyanın Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını bildirib.

Axar.az xəbər verir ki, Agentliyin qlobal təhlükələrlə bağlı son hesabatında Rusiyanın Gürcüstanı öz təsir dairəsinə qaytarmağa nail olduğu bildirilib.

Qeyd edilib ki, “Gürcü Arzusu” partiyasının rəhbərlik etdiyi hökumət, xüsusən ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verən şərait yaradıb.

Məlumata görə, ötən il Rusiya ilə Ermənistan arasında münasibətlər gərgin olaraq qalıb və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Sənəddə həmçinin bildirilir ki, Rusiya erməni demokratiyasını və onun daha çox qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib.

Hesabatda Rusiyanın Azərbaycanla münasibətlərinə dair heç bir qiymətləndirmə yoxdur.

Tarix
2025.05.28 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla