Yuxarı

DTX-nin həbs etdiyi Hüseynov barəsində yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

Məhkəmə iş üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıb və qanunsuz əməllərlə bağlı DTX tərəfindən cinayət işi başlanılıb.

Tarix
2025.07.29 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla