Yuxarı

Qadın öldürənlərə ömürlük həbs verilsin - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın öldürənlərə ömürlük həbs verilsin - Deputat

Qadın qətli törədənlərə ömürlük həbs cəzasının verilməsi təklif edilib.

Axar.az xəbər verir ki, belə təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova çıxış edib.

Deputat bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyə yenə ehtiyac var:

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burda iştirak eləsinlər. Lazımdırsa, bununla bağlı dinləmə də keçirək. Hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşları, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetirilirlər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasını qətlə yetirdiyini məhkəmədə etiraf etdi və həbs olunmasını istədi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”.

Tarix
2025.09.19 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla