Yuxarı

"Azercell" ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Wingz” ilə əməkdaşlıq çərçivəsində skuterdə gediş haqqını mobil balans vasitəsilə ödəmək mümkün oldu

Azərbaycanda mobil rabitə sahəsində innovativ həllər təqdim edən Azercell, mikromobillik üzrə ixtisaslaşmış Wingz MMC ilə əməkdaşlıqda şəhərdaxili hərəkətliliyə müasir və ekoloji yanaşma gətirir. Bu tərəfdaşlıq nəticəsində abunəçilər skuter istifadəsinə görə ödənişi əlavə vasitələrə ehtiyac olmadan birbaşa mobil balansları ilə həyata keçirə biləcəklər.

Xidmətin istifadəsi olduqca rahatdır: abunəçi skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” (START XXXXXXX) formatında 4545 qısa nömrəsinə SMS vasitəsilə göndərərək cihazı aktivləşdirir və müvafiq ödəniş balansdan çıxılır. Gediş vaxtından əvvəl dayandırıldıqda istifadə olunmamış dəqiqələr üçün vəsait balansa geri qaytarılır. İstifadəni sonlandırmaq üçün isə skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “STOP ID” (STOP XXXXXXX) formatında 4545-ə göndərmək kifayətdir. Əgər gediş vaxtında dayandırılmasa, hər növbəti 15 dəqiqə üçün ödəniş avtomatik hesablanır.

Xidmət istifadəyə verildiyi tarixdən etibarən iki həftə ərzində həyata keçirilən ilk aktivasiyada gedişin ilk 15 dəqiqəsi "Azercell" tərəfindən abunəçilərə hədiyyə olunacaq.

Bu əməkdaşlıq şəhərdaxili hərəkəti asanlaşdırmaqla yanaşı, həm də “ağıllı şəhər” konsepsiyasının inkişafına və dayanıqlı həyat tərzinin təşviqinə töhfə verir.

"Azercell" müasir texnologiyaları gündəlik həyata gətirərək abunəçilərinə rahat, çevik və innovativ həllər təqdim etməyə davam edir.

Tarix
2025.09.23 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ münaqişəsi bitdi - Kasparovun reaksiyasına baxın!

Əhmədzadənin vəkilini işdən təcili çıxartdılar

Şahin Mustafayev Təbrizə getdi - Foto

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi

İlham Əliyev Kralı təbrik etdi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Əhmədzadənin arxasında kimlər var? - Deputat

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla