Yuxarı

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planına uyğun olaraq Azərbaycan və Rusiya sərhəd xidmətlərinin sahil mühafizə qurumlarının sərhəd gözətçi gəmilərinin qarşılıqlı ziyarət tədbiri çərçivəsində sentyabrın 23-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfərə gəlib.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil ediləcək.

Tarix
2025.09.23 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ münaqişəsi bitdi - Kasparovun reaksiyasına baxın!

Əhmədzadənin vəkilini işdən təcili çıxartdılar

Şahin Mustafayev Təbrizə getdi - Foto

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi

İlham Əliyev Kralı təbrik etdi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Əhmədzadənin arxasında kimlər var? - Deputat

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla