Yuxarı

Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan və özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov Baş Prokurorluğa çağırılıb.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Abid Qafarov Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Təqsirləndirilən şəxs 1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğludur.

Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 12:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Həmin qərara əsasən Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-c il tarixlərində təkrarən Azərbaycanda zorla hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu video mçateralların qeyri məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında "AzerFreedom TV" kanllarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməkl 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətim zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəail şəkildə tabe olmamağa, zorakılıqlarla müşaət olunan kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etməsinə etməsinə, bu cür video materialları qeyri məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında "Sevinc Osmanqızı TV" adlı kanal vasitəsi ilə yayılmasına, bundan əlavə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəail şəkildə tabe olmamağa, zorakılıqlarla müşaət olunan kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etməsinə etməsinə, bu cür video materialları qeyri məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında "AzerFreedom TV" kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.

Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Abid Qafarova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Tarix
2025.11.13 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla