Yuxarı

Uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

Bu barədə Axar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə təəssüflə qeyd olunub ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi valideynlərin məsuliyyətsizliyi və laqeydliyi səbəbindən azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları qeydə alınır. Belə hallarla bağlı daxil olan məlumatlar əsasında nazirliyin xilasetmə qüvvələri tərəfindən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. “Yalnız noyabrın ötən 13 günü ərzində nazirliyin xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 22 uşaq xilas edilib. Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir”, - deyə müraciətdə bildirilib.

Qeyd olunanlarla bağlı, mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, FHN bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb. Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

Tarix
2025.11.14 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Bakıya gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla