Yuxarı

Tibb mərkəzində həkim tibb bacısının əri tərəfindən döyülüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibb mərkəzində həkim tibb bacısının əri tərəfindən döyülüb

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə laborator analizlərin verilməsində yaranmış narazılıq səbəbindən yaşanıb. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan Zərifə adlı tibb bacısının əri Kəyan tərəfindən döyülüb.

İttihama görə, həmin gün reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında narazılıq yaşanıb. Daha sonra tibb bacısı Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim edildiyini bildirib və sözlü mübahisə yaranıb.

Bir qədər sonra klinikaya gəlmiş Kəyan adlı şəxs laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb və göz nahiyyəsinə yumruqla zərbə endirib. Həkim yıxılıb və həmin an Kəyan onun baş nahiyəsinə dəfələrlə yumruq vurmağa davam edib. Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu hiss etdiyini, dəhlizdə həkimlə aralarında mübahisə yarandığını və sonradan davaya çevrildiyini deyib. O, əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.

Baş vermiş hadisə klinikanın nəzarət kameraları tərəfindən də lentə alınıb.

Məhkəmənin hökmü ilə Kəyan 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Tarix
2025.11.20 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Bakıya gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla