Yuxarı

Qaydalara məhəl qoymayan məktəblilər... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaydalara məhəl qoymayan məktəblilər... - Video

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəzərdə tutulmayan yerlərdən yolu keçən məktəbli və onlarına valideynlərinə müraciət edib.

Mərkəzdən Axar.az-a bildirilib ki, müşahidə kameraları vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda təhlükəsizliyinə mənfi təsir göstərir.

"Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəl qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış nümunə formalaşdırırlar. Bu cür davranışlar azyaşlıların tək olduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına və nəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Belə halların qarşısını almaq üçün valideynlərdən xahiş olunur ki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsin və gündəlik həyatda bu qaydalara əməl etmələri üçün onlara nümunə olsunlar. Xüsusilə, piyada keçidlərindən düzgün istifadə, svetofor siqnallarına riayət və yolu keçərkən ətrafı diqqətlə müşahidə etməyin əhəmiyyəti azyaşlılara aydın formada çatdırılmalıdır.

Unutmayaq ki, uşaqlar ilk növbədə valideynlərinin davranışını təkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək isə onların təhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunması deməkdir", - məlumatda qeyd olunub.

Tarix
2025.11.20 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla