Yuxarı

"Şirməmməd Hüseynov mükafatı"nın qalibi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Şirməmməd Hüseynov mükafatı"nın qalibi...

Tanınmış televiziya tədqiqatçısı, jurnalist, professor Qulu Məhərrəmli bu il üçün "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub.

Axar.az xəbər verir ki, bu barədə Report-a Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış "Şirməmməd Hüseynov mükafatı"nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O qeyd edib ki, mükafatın əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Qulu Məhərrəmli olub:

"Qulu Məhərrəmli milli jurnalist kimi həmişə Azərbaycana xidmət edib. Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə azərbaycanlı jurnalist, yazıçı, publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli qalib elan olundu".

A.Hüseynli deyib ki, Qulu Məhərrəmli jurnalist, yazıçı, alimi kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.

Qeyd edək ki, "Şirməmməd Hüseynov mükafatı" ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.

2020-ci ildə "Şirməmməd Hüseynov mükafatı"nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə, 2024-cü ildə Milli Məclıisin sədr müavini Rafael Hüseynov olub.

"Şirməmməd Hüseynov mükafatı" 2019-cu ildə təsis olunub.

Tarix
2025.11.28 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla