Yuxarı

Qonşularını öldürən ata və oğluna ağır cəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşularını öldürən ata və oğluna ağır cəza...

Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Belə ki, Elşad Abbasov və oğlu Elçin Abbasov kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu avtomobildə tamah məqsədilə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.12.04 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla