Yuxarı

"Priora" ağaca çırpıldı: ata və oğlu öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Priora" ağaca çırpıldı: ata və oğlu öldü - Foto

10:33

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az APA-ya istiandən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində Goranboy rayon Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A.Hüseynov hadisə yerində ölüb. 2009-cu il təvəllüdlü S.Hüseynov, 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanaya yerləşdirilən 2009-cu il təvəllüdlü S.Hüseynovu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəza zamanı avtomobildə olan şəxslər bir ailənin üzvləri olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər özəl tibb müəssisələrinin birinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan biri kişi, ikisi qadın olmaqla 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan iki qadın zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Qeyd edilib ki, göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:50 radələrində 2009-cu il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Tarix
2026.01.02 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla