
Ukrayna ilə memorandumu kim imzalayacaq? - Rusiya XİN
08:30
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Binəqədi rayonunda 12 Avqust Beynəlxalq Gənclər Günü ilə bağlı tədbir keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, bir qrup binəqədili gənc Azərbaycan Ordusunun 2 aprel döyüşlərində şəhid olmuş əsgərləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət ediblər. Binəqədi gəncləri adından şəhidlərin məzarları önünə əklil qoyulub.
Gənclər şəhidlərin göstərdikləri qəhrəmanlıqlar haqqında çıxış edib, onlarla fəxr etdiklərini vurğulayıblar. Şəhidlərin valideynləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib və gənclərimizi vətənpərvər ruhda böyüməyə səsləyiblər. Sonda gənclər tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.
Tarix
2016.08.13 / 18:09
|
Müəllif
Axar.az
|