Yuxarı

“Avant Group”la bağlı daha bir qalmaqal...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Avant Group”la bağlı daha bir qalmaqal...

“Avant Group”un Yasamal rayonu, Şərifzadə küçəsində həyata keçirdiyi tikinti işləri zamanı ərazidə ağacları qanunsuz şəkildə kəsdiyi üçün Baş Prokurorluğa müraciət olunacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacı kəsildiyi üçün akt tərtib olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, məsələ ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Qeyd edək ki, “Avant Group” MTK-nın adı daha bir qalmaqalda hallanıb.

Belə ki, şirkət gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozmaqla da gündəmə gəlib. Bununla bağlı sakinlər dəfələrlə sosial şəbəkələrdə narazılıqlarını dilə gətiriblər. Nəticədə qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.

Məlumata görə, bu, şirkətin ilk pozuntusu deyil. Ötən ilin aprel ayında “Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.

Məsələ ilə bağlı şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.

Tarix
2026.01.13 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla