Yuxarı

Toyundan bir gün sonra qəza törədən gəncə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyundan bir gün sonra qəza törədən gəncə hökm oxundu

Sabirabad rayonunda iki nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mircavad Mirqədirlinin məhkəməsi başa çatıb.

Axar.az-ın Teleqraf-a istinadən istinadən məlumatına görə, hadisə 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində baş verib.

Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.

Hadisə zamanı Rahim Əliyev həyatını itirib.

Xəsarət alan şəxslər - Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanada Rəhim Əliyevin nəvəsi Nilay Əlizadə də vəfat edib.

Hadisəni törədən Mircavad Mirqədirlinin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Mirqədirli özünü təqsirli bilib. O bildirib ki, hadisədən bir gün öncə toyu olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də evdən çıxıb və Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxıb: “Aramızda olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməyərək avtomobillərin toqquşacağını gördüm və idarə etdiyim avtomobili yolun əks istiqamətinə, yəni əks yola çıxdım. Həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını gördüm və öz yoluma qayıdan zaman toqquşma baş verdi”.

Məhkəmədə ifadə verən zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayətçi olmayıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 10 ay 4 gün müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Tarix
2026.02.03 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla