Yuxarı

"Azercell"dən saxta təkliflərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"dən saxta təkliflərlə bağlı açıqlama

Sosial şəbəkələrdə “Azercell Telekom” MMC adından saxta paylaşımlar edilərək dəyərindən aşağı qiymətə müxtəlif internet paketləri, tariflər və s. xidmətlər təklif olunur.

Bu barədə Axar.az-a şirkətdən bildirilib.

Qeyd edilib ki, saxta təkliflərdən yararlanmaq istəyən şəxslərdən bank kartı məlumatlarının daxil edilməsi tələb edilir, nəticədə həmin məlumatlar ələ keçirilir və dələduzlara inanmış şəxslər maliyyə itkiləri ilə qarşılaşırlar.

Bildiririk ki, qeyd olunan halların "Azercell" ilə heç bir əlaqəsi yoxdur və bu cür hadisələrlə qarşılaşdığınız halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Qeyd edilənləri nəzərə alaraq "Azercell" abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

- Qeyri-rəsmi səhifələrdə edilən təkliflərə diqqətlə yanaşın;

- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın "Azercell"ə aid olmasını və rəsmi sayt olduğunu yoxlayın;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;

- "Azercell" adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər tədbirlərdən istifadə etməyin;

- SMS və ya “WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;

- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;

- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.

"Azercell" öz abunəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir:

www.azercell.com

azercellim.com

Azercell Eksklüziv mağazaları və Azercell-in rəsmi diler şəbəkəsi

Tarix
2026.02.04 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatimi qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla