Yuxarı

Bakıda daha bir ərazidə böyük söküntü başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir ərazidə böyük söküntü başlayır

Bakıda növbəti böyük söküntü prosesi başlayır.

Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək.

Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib.

Söküntünün səbəbi paytaxtın əsas nəqliyyat problemlərindən birinin həlli ilə bağlıdır. Belə ki, 20 Yanvar dairəsi və "Şamaxı yolu" ərazisində tıxacların azaldılması məqsədilə Xiyabani küçəsindən keçəcək yeni avtomobil tunelinin tikintisi planlaşdırılır.

Qeyd edək ki, söküləcək evlərin sahiblərinə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Kompensasiya məbləğinin daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri əsasında müəyyən ediləcəyi bildirilir.

Hazırda söküntü siyahısına düşən evlərin dəqiq sayı açıqlanmasa da, Xiyabani küçəsinin tunelin keçəcəyi hissəsində yerləşən yaşayış məntəqələrinin layihə çərçivəsində tamamilə boşaldılacağı gözlənilir. Sakinlərə bu məqsədlə bildirişlər də təqdim olunub.

Qeyd edək ki, söküntü "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aparılacaq işlərin tərkib hissəsidir. Proqrama əsasən, yeni tunel şəhərin bu hissəsində nəqliyyat axınını yüngülləşdirməli, uzun illərdir problem yaradan sıxlığı aradan qaldırmalıdır.

Tarix
2026.02.10 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla