Yuxarı

Nazir bu komandanlığa göstərişlər verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir bu komandanlığa göstərişlər verdi - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, şəxsi heyətlə görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da gücləndiyini vurğulayıb.

Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş Komandanlığına müvafiq göstərişlər verib.

Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində xatirə ağacları əkilib və şəhid ailəsi ilə görüş keçirilib. Müdafiə naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.02.22 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla