Yuxarı

Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi

Bakı metropolitenində şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Bakı metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, bunun bir neçə səbəbi var:

“Mövcud stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə yaşıl və qırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxil olur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarının qarşısını alacaq. Bu isə həm tunel infrastrukturuna, həm də ən əsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsir göstərəcək”.

Qeyd edilib ki, CBTC adlandırılan mərkəzi idarəetmə və işarə vermə sistemləri qatarların platformada millimetr dəqiqliyi ilə dayanması üçün əsas şərtdir:

“Bu sistem qatarın sürətini, mövqeyini və dayanma nöqtəsini real vaxt rejimində hesablayır və platforma boyunca qatarın standartlaşdırılmış nöqtədə dayanmasını təmin edir. Maşinistsiz qatarlar üçün bu sistem mütləqdir. Qatar yalnız CBTC sistemi tərəfindən dayanma təsdiq edildikdən sonra platforma arakəsmələri ilə sinxron şəkildə işləyir. Hazırda isə Bakı metrosunda qatarların platformada dayanması maşinist tərəfindən manual şəkildə həyata keçirilir. Bakı metrosunda fərqli nəsil və bir neçə model vaqon istismar olunur. Bu vaqonlarda qapıların yerləşməsi və açılması mexanizmi fərqlidir. Bəzilərində qapılar içəriyə, bəzilərində isə çölə açılır. Bu müxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildə tətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amilləri nəzərə alaraq təəssüf ki, hazırda şüşə arakəsmələrin Bakı metropolitenində tətbiqi mükün deyil”.

Qeyd edək ki, beynəlxalq təcrübədə bir sıra ölkələrin metro sistemlərində platforma ilə qatar yolu arasında şüşə arakəsmələrdən istifadə olunur. Şüşə arakəsmələrin əsas məqsədi sərnişinlərin qatar yoluna təsadüfi düşməsinin qarşısını almaq, platformada təhlükəsizliyi artırmaq və insan faktorundan qaynaqlanan riskləri minimuma endirməkdir.

Tarix
2026.02.23 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla