Yuxarı

Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər

Bakı-Ələt yolunda naməlum şəxslərin sürücüləri müxtəlif bəhanələrlə saxlayaraq pul tələb etdiyi bildirilir.

Axar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə iddialar Feysbuk sosial şəbəkəsindəki sürücü qruplarında paylaşılıb.

Paylaşımda qeyd olunur ki, son günlər xüsusilə Bakının çıxışında, Qaradağ postunu keçdikdən sonra bəzi avtomobillər tərəfindən sürücülər hədəf alınır. Bildirilir ki, həmin şəxslər “benzinim bitib”, “rayona təcili adam göndərməliyəm” kimi müxtəlif bəhanələr gətirərək pul istəyirlər. Paylaşım müəllifi eyni ərazidə bir neçə sürücünün bənzər halla üzləşdiyini iddia edib.

“Belə bir halla qarşılaşsanız, əsla avtomobildən düşməyin və sizi saxlayan maşının dövlət qeydiyyat nişanını dərhal hüquq-mühafizə orqanlarına bildirin. Xüsusilə ailəsi ilə yola çıxanlar diqqətli olmalıdır”, – deyə xəbərdarlıqda vurğulanıb.

Digər bir sürücü isə şərh bölməsində analoji hadisə ilə rastlaşdığını yazıb:

“Dünən Ələt yolunda eyni hadisə mənim də başıma gəldi. Bir "Elantra" markalı avtomobil dayanmadan işıq siqnalı verirdi. Düşündüm ki, bəlkə tanışdır. Pəncərəni açanda dedi ki, Gəncədən gəlirəm. Niyyətini anlayan kimi "işinlə məşğul ol" deyib uzaqlaşdım. Yenə arxamca düşüb işıq siqnalı verməyə başladı. Maşında dörd nəfər idik, avtomobili sağa çəkib saxlamaq istəyəndə dərhal gözdən itdilər”.

Sürücülərə bu cür şübhəli hallarla rastlaşdıqda vaxt itirmədən "102" xidmətinə məlumat vermək tövsiyə olunur.

Tarix
2026.02.23 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla