Yuxarı

Rüzgarın anası oğlunun qatilini bağışladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüzgarın anası oğlunun qatilini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, xəbər verir ki, məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib.

Zərərçəkənin hüquqi varisi İ.S. təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib:

"Yasin Mingəçevir universitetində qiyabi təhsil alırdı. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yolpulunu göndərdim ona, mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun İnstaqramdakı paylaşımından məlum oldu ki, Türkiyəyə gedib. Ağlaya-ağlaya qayınlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qayınımdan şikayətçi deyiləm, onu bağışlamışam".

Məhkəmə İ.S-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

"Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o, qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi".

Növbəti prosesi 4 mart 17:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin 6 noyabr tarixində Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2026.02.23 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

“Azercell” Tələbə Təqaüdü Proqramının qaliblərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla