Yuxarı

“Kontakt”dan rahatlıq: sifarişi evin yanında Kargomatdan götür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”dan rahatlıq: sifarişi evin yanında Kargomatdan götür

“Kontakt” mağazalar şəbəkəsindən yenilik! İndi kuryer gözləmədən və mağazaya getmədən kontakt.az saytından etdiyiniz sifarişləri evinizin, iş yerinizin düz yanından, bir sözlə, sizə ən yaxın istənilən “Kargomat” məntəqəsindən götürə bilərsiniz.

Yeni “Kargomat” xidməti ölçüsü 45×45 sm-dək olan istənilən sifarişin Bakı, Xırdalan və Sumqayıt üzrə 200-ə yaxın məntəqədə əlçatan olmasını təmin edir. Bu yanaşma müasir şəhər həyatının tempinə uyğun sürətli və çevik alış-veriş modeli yaradır.

Bəs “Kargomat” necə işləyir?

- kontakt.az saytına daxil olub arzuladığınız məhsulu səbətə əlavə edirsiniz

- (sifarişin ümumi həcmi 45×45 sm-dən çox olmamalıdır);

- səbətdə şəxsi məlumatlarınızı daxil edib çatdırılma üsulu olaraq “Kargomat” seçimini edirsiniz;

- ödənişi onlayn edib sifarişi tamamlayırsınız;

- saat 16:00-dək rəsmiləşdirilən sifarişlər növbəti gün, saat 16:00-dan sonra tamamlanan sifarişlər isə iki gün ərzində seçdiyiniz Kargomat məntəqəsinə çatdırılır;

- məhsul Kargomata yerləşdirildikdən sonra sizə SMS bildirişi göndərilir və sifarişi götürmək üçün 24 saatlıq vaxt təqdim olunur.

Üstəlik, 50 AZN-dən yuxarı sifarişlər üçün çatdırılma tamamilə ödənişsizdir.

Rahatlıq, sürət və texnologiyanı bir araya gətirən “Kontakt” və “Kargomat” müasir alış-verişin artıq təkcə məhsul seçimi deyil, həm də təcrübə məsələsi olduğunu vurğulayır. Hazırda bu innovativ layihənin coğrafiyasının genişləndirilməsi üzrə hazırlıqlar davam edir. Bu ilin sonuna qədər Kargomat xidmətinin ölkənin bütün regionlarında əlçatan olması planlaşdırılır.

Tarix
2026.02.24 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla