Yuxarı

Amnistiya aktı nə qədər insana şamil olunub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amnistiya aktı nə qədər insana şamil olunub?

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 18 355 nəfərə şamil edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirilib.

Məlumata görə, onlardan 5 638 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilənlərdir.

Onların 572 nəfəri Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə istirak edən qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.

96 nəfəri böyük ictimai təhlükə törtəməyənlər cinayətlərə görə məhkum edilənlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min 386 nəfəri az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, 503 nəfəri isə ilk dəfə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərdir.

Amnistiya aktı ilə 9 min 215 nəfər digər cəzalardan azad edilib.

N.Əliyev deyib ki, onlardan 9 nəfəri intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, 7 min 703 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, 146 nəfəri hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər, 685 nəfəri islah işləri cəzasına məhkum edilmiş şəxslər, 68 nəfəri ictimai işlər cəzasına məhkum edilmiş şəxslər, 604 cərimə cəzasına məhkum edilmiş böyük ictimai təhlükə törətməyən, habelə 3 min manatadək cərimə cəzası təyin edilən şəxslərdir.

Tarix
2026.02.24 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla