Yuxarı

Nağıyev töhmət almışdı: məmura hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nağıyev töhmət almışdı: məmura hökm oxundu

Ötən ilin martında həbs olunan Dövlət Turizm Agentliyinin əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub. Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı.

Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Qeyd edək ki, Nicat Hüseynovun həbsindən bir neçə gün öncə Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılmışdı.

Tarix
2026.02.24 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla