Yuxarı

Cəlilabad İH-də 38 vəzifə ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabad İH-də 38 vəzifə ləğv edildi

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 28 əməkdaşı vəzifəsindən azad edilib.

Dəyişikliklə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətində 38 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. Onlardan 10 nəfəri müxtəlif qurumlarda müəyyən vəzifəyə təyin edilsə də, 28 nəfər yeni işlə təmin edilməyib. İcra başçısı Rafiq Cəlilovun sərəncamı ilə 28 əməkdaşinın dövlət qulluğuna xitam verilib.

Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar. Həmin şəxslərin 7 nəfər başqa vəzifəyə təyin olunsa da, hazırda 28 nəfər işsiz qalıb.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifədən azad edilib.

Tarix
2026.02.25 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla