Yuxarı

İran qida məhsulları ixracını dayandırır: Qiymət artacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran qida məhsulları ixracını dayandırır: Qiymət artacaq?

ABŞ və İsrailin kütləvi zərbələri fonunda İran hökuməti bütün qida və kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması ilə bağlı qərar qəbul edib. İran mediasının yaydığı məlumata görə, əhalinin əsas, zəruri və həyati əhəmiyyətli mallarla təminatına üstünlük verilməsi ilə əlaqədar sözügedən məhsulların ixracı növbəti qəraradək qadağan edilib.

İran Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkələrin ilk onluğuna daxildir. Bu ölkədən gətirilən məhsullar arasında qida və kənd təsərrüfatı məhsulları da yer alır.

Sözügedən mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Axar.az-a açıqlamasında bildirib ki, İrandan Azərbaycana gələn malların həcmi o qədər də böyük deyil:

“Ümumi ticarət dövriyyəsinə baxanda keçən il 600 milyon dollardan bir az çox ticarət dövriyyəsi olub. Təqribən 80-90%-ini İrandan almışıq. 10-15% isə biz İrana ixrac etmişik. İrandan gələn məhsulların əsasən kənd təsərrüfatı və ərzaq məhsulları olduğu bilinir. Ümumi bazardakı payı böyük deyil. Sadəcə əhəmiyyəti ondan ibarət idi ki, qiyməti başqa ölkələrdən gələn analoji məhsullardan daha ucuz olduğundan əhalinin bir qismi İran məhsullarına yönəlmişdi”.

Ekspertin sözlərinə görə, Azərbaycan İrandan unikal mallar almır, İrandan alınan mallar başqa ölkələrdən də alına bilər:

“Sadəcə onların qiyməti bahadır. İran malları yavaş-yavaş bazardan çəkilsə və bu uzun müddət davam etsə, analoji malların qiyməti birmənalı olaraq artacaq. Çünki istər-istəməz İran məhsulları bazarda rəqabət yaradırdı”.

Xatırladaq ki, ötən ilin dekabr ayının statistikasına görə, Azərbaycana 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub, ölkədən isə 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton məhsul ixrac edilib. İdxalda lider mövqedə isə İran dayanır. Bu ölkədən 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb.

Natiq Cəfərli də bildirib ki, əgər İran bazardan çəkilsə, tamamilə sıradan çıxsa, o zaman digər ölkələrdən - Yeni Zelandiya, Avstraliya, Belarus kimi ölkələrdən gələn yağların həcmi artacaq və eyni zamanda, qiyməti də yüksələcək.

Tarix
2026.03.06 / 16:20
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla