ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?
16:23
| Ana səhifə Toplum |
|
Xəbər verdiyimiz kimi, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
Axar.az Unikal-a istinadla xəbər verir ki, Orxan Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə "Vestnik Kavkaza" xəbər agentliyində çalışıb.
O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.
Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.
|
Tarix
2026.04.13 / 15:05
|
Müəllif
Axar.az
|