Yuxarı

Mühafizə zonasındakı bütün evlər sökülməlidir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühafizə zonasındakı bütün evlər sökülməlidir - Video

Özbaşına tikililərlə bağlı məsələ əslində illərdir müzakirə mövzusudur. Bir tərəfdən özbaşına tikililərin sənədləşdirilməsi istiqamətində aparılan müzakirələrdə mühafizə zolaqlarına düşən tikililərin aqibəti ilə bağlı mövqe də özünü göstərir. Xüsusilə son günlərdə bu məsələ bir qədər də aktuallaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-yə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, kollektorların mühafizə zonasında 1600 evin tikilməsi ilə bağlı səslənən fikirlər mövcud reallığı tam əks etdirmir:

“Bu istiqamətdə daha dərin araşdırmalara ehtiyac var. Hər bir halda, özbaşına tikililərlə bağlı sənədləşmə və qərar qəbuletmə prosesində müəyyən fikir ayrılıqlarının olması başadüşüləndir. Hökumətin bu istiqamətdə qərar qəbul etməsində çətinliklərin olması da anlaşılandır, normativ-hüquqi çərçivədə dəyişikliklərə ehtiyac yarana bilər. Lakin mühafizə zolaqlarına düşən fərdi yaşayış evlərinin aqibəti məsələsi ən qısa müddətdə həll olunmalıdır. Bu problem göstərdi ki, sözügedən məsələ hazırda hökumətin qarşısında duran prioritet istiqamətlərdən biridir. Çıxış yolu kimi öz sosial şəbəkə hesablarımda da bir sıra təkliflər irəli sürmüşəm. Onlardan biri də ondan ibarətdir ki, kollektorlar, ötürücü xətlər, magistral su kəmərləri, eləcə də avtomobil yollarının, yüksək gərginlikli elektrik xətlərinin və dəmir yollarının mühafizə zolaqları bu çərçivəyə daxil edilməlidir. Hər bir halda mühafizə zolaqları bu cür qanunsuz tikililərdən təmizlənməlidir. Bu, birmənalıdır və alternativ müzakirə istiqaməti kimi təqdim oluna bilməz. Yalnız bir istisna nəzərə alına bilər. Bəzi ərazilərdə mövcud vəziyyətin iqtisadi və sosial yükü qiymətləndirilə bilər. Əgər hesablamalar göstərərsə ki, məsələn, 3–5 kilometrlik xətt boyunca yerləşən tikililərin köçürülməsi dövlətə 50–100 milyon manat vəsaitə başa gəlir, bu halda alternativ həll yolları nəzərdən keçirilə bilər. Əgər daha ucuz və iqtisadi baxımdan səmərəli variant mövcuddursa, məsələn, kollektorun və ya xəttin yerinin dəyişdirilməsi daha məqsədəuyğundursa, bu seçimə də baxıla bilər. Lakin ümumilikdə mühafizə zolaqları ilə bağlı məsələ öz həllini tapmalıdır”.

Tarix
2026.04.13 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla