Yuxarı

Apteklərdə saxta dərmanlar satılır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apteklərdə saxta dərmanlar satılır? - Video

Azərbaycanda son illər dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb. Vətəndaşlar bəzi preparatların əvvəlki kimi təsir göstərmədiyini, hətta apteklərdə saxta dərmanların satıldığını iddia edirlər.

Axar.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Sakinlər xüsusilə boğaz və diabet dərmanlarının effekt vermədiyini bildiriblər.

“Əvvəl şəkər dərmanları daha çox təsir edirdi. İndi isə elə təsir göstərmir. Yəqin keyfiyyəti aşağıdır”, - deyə vətəndaşlardan biri qeyd edib.

Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla deyib ki, saxta dərmanların aptek şəbəkəsinə daxil olması müxtəlif qanunsuz yollarla həyata keçirilir və bunu ilk baxışdan müəyyən etmək mümkün deyil.

Onun sözlərinə görə, bəzi hallarda dərmanların təsiredici maddəsi azaldılır, nəticədə preparat daha ucuz başa gəlir və satışa çıxarılır.

Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, saxta dərmanların qarşısını almaq üçün dərman vasitələrinin təqib və izləmə sistemi yaradılıb.

Qeyd olunub ki, sistem vasitəsilə hər bir dərmana xüsusi unikal kod verilir və preparatın istehsaldan son istehlakçıya qədər bütün hərəkəti izlənilir.

Mərkəzdən verilən məlumata görə, yaxın gələcəkdə istifadəyə veriləcək mobil tətbiq vasitəsilə vətəndaşlar dərmanın üzərindəki “data matrix” kodunu skan edərək onun saxta olub-olmadığını yoxlaya biləcəklər.

Tətbiqdən istifadə üçün xüsusi texniki bilik tələb olunmur.

Tarix
2026.05.07 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla