Yuxarı

Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...

Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir:

"2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73 nəfəri həlak olub, 354 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir. 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var".

Prezidentin köməkçisi qeyd edib ki, minaların yaratdığı faciəvi insan itkisi ilə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, azad edilmiş ərazilərin bərpasına, iqtisadi inkişafına və kənd təsərrüfatının dirçəldilməsinə ciddi maneə törədir:

"Aşkar edilərək zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq xilas edilmiş bir insan həyatı deyil, həm də bərpa və yenidənqurma yolunda atılmış mühüm addımdır. Minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı bərpa ilə inkişafın əsas şərtlərindən biridir".

Tarix
2026.06.09 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla