Yuxarı

Magistratura imtahanının nəticələri elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada bu platformada qeydiyyatdan keçməlisiniz. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Tarix
2026.07.29 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla