Yuxarı

Azərbaycanlı müğənninin əri terrorçu çıxdı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:31

Gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) ilə bağlı ilginc məlumat ortaya çıxıb.

Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir.

C.Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.

Qeyd edək ki, 2008-ci ilin avqustunda törədilən terror hadisəsi zamanı iki nəfər həyatını itirmiş, doqquz nəfər yaralanmışdı.

O da bildirilib ki, Damla evli olduğu müddətdə ərinin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmiş.

Damlanın qardaşının da sözügedən qruplaşmada fəaliyyət göstərdiyi və hazırda axtarışda olduğu da bildirilib.

***

Azərbaycanlı xanım müğənni Damla keçmiş həyat yoldaşının terrorçu olduğu haqda yayılan xəbərlə bağlı Milli.az-a açıqlama verib:

"Mən ərimdən 7-8 il bundan öncə ayrılmışam. Üstəlik, mənim yoldaşım terrorçu deyil. Ərim, bəli, həbsdədir. Amma onun həbs olunma səbəbi qətiyyən məscidin partladılmasıyla əlaqədar deyil. Onun həbs olunmasının məscidin partladılması ilə heç əlaqəsi yoxdur ha! Üstəlik, partlayış ərəfəsində biz ailəli olduğumuz üçün həyat yoldaşım mənim yanımda olub. Adına, soyadına kimi yazıblar. Mənim övladım var axı. O, açıb bu internet saytlarında həmin xəbəri görür axı. Yazıblar ki, qardaşım axtarışdadır. Bu da "ağ yalandır". Mənim qardaşım niyə axtarışdadır ki?! Qardaşım hal-hazırda Rusiyadadır. İşində-gücündə olan adamdır".

Tarix
2017.01.07 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla