Yuxarı

Bakıda taksafonlardan niyə istifadə edilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda taksafonlardan niyə istifadə edilmir?

Azərbaycanda taksafonları işlək hala gətirməklə iqtisadi səmərəliliyi artırmaq olar.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Axar.az a açıqlamasında xarab taksafonların işlək hala salınması ilə iqtisadi səmərəliliyin arta bilməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu proses sitemli şəkildə həyata keçirilməlidir:

“Bu sahədə böyük vəsaitlərin toplanılmasından söz gedə bilməz. Doğrudur, sovet dövründə, mobil telefonların geniş yayılmadığı zamanda əhəmiyyətli iqtisadi səmərəlilik haqda danışmaq olardı. İndiki dövrdə isə ciddi bir səmərəlilikdən danışa bilmərik. İnsanların çoxu mobil telefonlardan istifadə etdiyi üçün taksafonlara ehtiyac qalmır.

Azərbaycanda əsasən turizmin inkişaf etdirilməsi üçün bununla ciddi məşğul olmaq olar. Turistik məkanlarda taksafonların quraşdırılması həm iqtisadi səmərəliliyi artırmış olar, həm də turistlər öz vəsaitlərinə qənaət edər. Mobil telefonlarla xaricə danışığın baha olmasını nəzərə alsaq, bu xidmətdən turistlər istifadə edə bilər.

Söhbət böyük məbləğlərdən getməsə də, taksafonların üzərinə reklam lövhələrin yerləşdirilməsi ilə reklamdan gələn gəlirləri də artırmaq olar. Bunun üçün reklam şirkətləri ilə müqavilələr bağlanmalıdır. Nəticədə həm bələdiyyələr, həm Bakı Şəhər İcra Hakimiyyəti müəyyən gəlir əldə etmiş olar”.

Qeyd edək ki, hazırda bir çox ölkələrdə taksafonlardan istifadə geniş yayılıb və daha ucuz başa gəlir.

Tarix
2017.03.08 / 01:07
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla