Yuxarı

Qaydaları pozan sürücülər cərimələndi və...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaydaları pozan sürücülər cərimələndi və...

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı reyd keçirib.

APA-nın xəbərinə görə reyd zamanı avtomobillərə əlavə avadanlıq quraşdıran, texniki baxışdan keçməyən nəqliyyat vasitələri, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər, sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edilməsi faktları aşkarlanıb. Şəhərdə 8 saylı marşurut xətti üzrə hərəkət edən nəqliyyat vasitəsinin sürücülərinə ciddi xəbərdarlıq edilib və köhnə və sərnişindaşıma üçün yararsız hesab edilən avtobuslar xətdən kənarlaşdırılıb.

Mingəçevir ŞPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyər Bəşirli APA-ya bildirib ki, reyd zamanı 3 aydan artıq ödənilməyən cərimələrlə bağlı nəqliyyat vasitələri yoxlanılıb və 5 min manata yaxın cərimənin ödənilməsi təmin edilib. Eyni zamanda sərnişin daşımada buraxılan səhvlərə qarşı, nəqliyyat vasitələrinin sürücülərinin sərnişin daşıma qaydalarını pozmaları ilə bağlı reyd keçirilib. Həmin məsuliyyətsiz sürücülərə qarşı protokollar tərtib olunub, istismara yararsız vəziyyətdə olan 3 köhnə marşurut avtobusu xəttdən çıxarılaraq cərimə meydançasına aparılıb.

Sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən 6 sürücüyə barədə inzibati protokollar tərtib olunub. Bölmə rəisi bu kimi reydlərin davam etdiriləcəyini və yol hərəkəti qaydalarına əməl etməyən məsuliyyətsiz sürücülərə qarşı sərt qaydalar tətbiq olunacağını bildirib.

Tarix
2017.03.11 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda sammit: İlham Əliyev çıxış etdi - Foto

Sammit Azərbaycan-Ermənistan sülhü sayəsində mümkün oldu

Azərbaycandan keçməklə Ermənistana gübrə göndərildi

Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ermənistana 28 min ton yük çatdırılıb - Prezident

İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq - Prezident

Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir

İrəvanda toplantı: Əliyev Avropa Parlamentini tənqid etdi

Azərbaycan Prezidenti ilk dəfədir İrəvandakı tədbirdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla