Yuxarı

Axar.Az Logo carnation

Rusiya Azərbaycan FHN-çilərinə medal verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycan FHN-çilərinə medal verdi

Fövqəladə Hallar Nazirliyində nazirliyin bir qrup əməkdaşına Rusiya Fövqəladə Hallar Nazirliyinin döş nişanı və medallarının təqdim olunması mərasimi keçirilib.

FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mülki müdafiə sahəsində birgə əməkdaşlıq, ərazilərin və əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsindəki xidmətlərinə görə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə Azərbaycan FHN-in əməkdaşları – Ziya Hacılı, Sabir Əhmədov, Həcər Talıbova və Sabir Hüseynov Rusiya FHN-in “Xilasetmə naminə əməkdaşlıq” medalı, Fərid Abbasov isə “Xidmətlərə görə” döş nişanı ilə təltif olunub.

Mükafatları təqdim edən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib ki, iki ölkənin fövqəladə hallar nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur və təltif olunan əməkdaşlar da bu əlaqələrin möhkəmlənməsinə öz töhfələrini veriblər.

Azərbaycan fövqəladə nallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə FHN əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyi üçün Rusiyanın fövqəladə hallar naziri V. Puçkova təşəkkürünü bildirib, iki dost ölkənin nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib

Tarix
2017.05.03 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Bu erada vəziyyəti güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla