Yuxarı

Hərbi xidmətə yararsızlar yenidən yoxlanacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi xidmətə yararsız bileti əldə edənlər yenidən yoxlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları qurumdan göndərilən hərbi xidmətə çağırış məktublarına dərhal reaksiya verməyə çağırıb. Əks halda bu cinayət məsuliyyətinə də səbəb ola bilər.

Hərbi xidmətə yararsız bileti alanların sağlamlığı yenidən yoxlanılacaq və bu sənədlərin necə verildiyi ilə bağlı araşdırma aparılacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediada yayılan bu xəbərlərlərə münasibət bildirib. Xidmətin hüquq təminatı şöbəsinin baş zabiti Rəşad Qasımov Xəzər Xəbər-ə bildirib ki, araşdırma onsuz da xidmətdə daimi olaraq aparılır. Ancaq düzgün olmayan şəkildə təqdim olunan məlumatlar da var.

Rəşad Qasımovun sözlərinə görə, 18 yaşdan 35 yaşa qədər xəstəliyə görə möhlət hüququ verilən şəxslər hər 3 ildən bir yoxlanışa cəlb olunur. 16 yaşdan qeydiyyata alınan yeniyetmələrdə isə hansısa sağlamlıq problemi ortaya çıxarsa, onların müalicəsi xidmətin göndərişi ilə pulsuz olaraq həyata keçirilir.

Rəşad Qasımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa şöbəsində göstərilən xidmətdən narazı qalan vətəndaşların dərhal qurumun mərkəzi aparatına məlumat verməli olduğuna diqqət çəkib.

Hərbi mükəlləfiyyəti olan şəxslərin Dəvət gələndə dərhal deyilən vaxtda lazımı yerdə olması xüsusi diqqət tələb edir. Əks halda səfərbərlik anında bu tələblərə riayət etməyən şəxslər inzibati xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyət daşıyacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9100 nömrəli çağrı mərkəzi də vətəndaşların xidmətindədir.

Tarix
2017.05.09 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla